DÜNYA

12 Sentyabr
12

Yaponiyada yeni hökumət təşkil olunub

Yaponiyada Nazirlər Kabineti yeni tərkibdə formalaşdırılıb. Yeni kabinetin tərkibi barədə hökumətin Baş katibi Yosiside Suqa məlumat verib.

Yeni hökumətdə iki siyasətçi əvvəlki postunda qalıb. Kabinetə iki sabiq nazir də daxil edilib – səhiyyə, əmək və rifah naziri Katsunobu Kato, həmçinin ümummilli işlər üzrə nazir Sanae Takaiti.

Yaponiyanın əvvəlki xarici işlər naziri Taro Kono isə yeni hökumətdə müdafiə naziri təyin edilib. İqtisadiyyatın bərpası işləri üzrə nazir Tosimitsu Moteqi isə xarici işlər naziri vəzifəsini tutub. Hökumətin tərkibinə daha 13 nazir daxil edilib. Sabiq Baş nazir Dzünitiro Koidzuminin 38 yaşlı oğlu Sindziro ölkənin müharibədən sonrakı tarixində kişilər arasında kabinetin ən gənc üzvü olub. O, Baş nazir postuna əsas iddiaçılardan biri hesab edilir. Hökumət üzvlərinin orta yaşı 61,5-ə bərabərdir.

Setyabrın 11-də axşam hökumət üzvləri imperator tərəfindən təsdiq olunub.