DÜNYA

16 Avqust
11

Dünyanın ən zəngin insanları - 1 gündə 18 milyard itirdi

Dünyanın ən zəngin doqquz biznesmeni avqustun 14-də ümumilikdə 18 milyard dollara yaxın pul itirib. Fins.az xəbər verir ki, bu barədə “Forbes” məlumat verib.

Bu, Amerika Fond Birjasında indekslərin kəskin düşməsi ilə əlaqəlidir. Məsələn, Dow Jones bu günlərdə 2019-cu ildə ən maksimal enməni nümayiş etdirib.

“Forbes” siyahısının lideri Ceff Bezos 3,5 milyard dollar, “Facebook”un rəhbəri Mark Zukerberq 3,2 milyard dollar, “LVMH”in baş direktoru Bernar Arno 3 milyard dollar itirib. Aksiyaların enməsi TOP 10-luğa daxil olan varlılardan yalnız birinin – Nyu-York şəhərinin keçmiş meri Maykl Blumberqin varidatına heç bir təsir göstərməyib.