DÜNYA

14 August
1

Zelenski bu rusiyalılara vətəndaşlıq verir

Ukrayna Prezidenti Vladimir Zelenski siyasi təqiblərə məruz qalan rusiyalılara vətəndaşlıq verilməsinin asanlaşdırılması barədə qanun layihəsinin hazırlanması ilə bağlı hökumətə tapşırıq verib.

Fins.az xəbər verir ki, bu barədə məlumat Ukrayna prezidentinin rəsmi saytında yerləşdirilib.

Zelenskinin imzaladığı əmrdə Ukraynanın müdafiəsi və milli təhlükəsizliyinin təmini məsələsində iştirak edən xaricilərə də vətəndaşlığın verilməsi məsələsi yer alıb.

Qeyd edək ki, bundan öncə Rusiya qondarma Donetsk və Luqansk xalq respublikalarının sakinlərinə asanlaşdırılmış qaydada Rusiya vətəndaşlığının verilməsinə dair qərar qəbul etmişdi.