DÜNYA

07 Avqust
9

Putindən ABŞ-a xəbərdarlıq

Rusiya prezidenti Vladimir Putin Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsini birtərəfli şəkildə ləğv edən​ ABŞ-a ismarış yollayıb.Fins.az-ın məlumatına görə, ölkə başçısı Donald Tramp hakimiyyətini xəbərdarlıq edərək “əgər ABŞ orta və qısa mənzilli mərmi sahəsini genişləndiribsə, biz də bunu edərik”- deyə bildirib.

Bu məqamda bildirək ki, İNF 1987-ci ildə ABŞ-la Rusiya arasında bağlanıb. Ağ Ev müqavilədən iyun ayında çəkildiyini elan edib. Tramp hakimiyyəti Rusiyanın 9M729 mərmilərini yaratdığını və müqaviləni pozduğunu bildirib. Rusiya isə sözügedən silahların təxminən 480 kilometr olduğunu qeyd edib.