DÜNYA

11 İyul
8

Putin gürcülərə mesaj göndərib

Gürcüstana qarşı mümkün yeni iqtisadi sanksiyalara münasibət bildirən Rusiya prezidenti Vladimir Putin deyib ki, “gürcü xalqına hörmətindən dolayı” Rusiya-Gürcüstan münasibətlərini çətinləşdirəcək addımlar atmayacaq. Fins.az-ın məlumatına görə, prezident bu sözləri ötən gün Yekaterinburq səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.

Putin həmçinin “Rustavi-2” televiziya şirkətinin canlı yayımında ünvanına səslənən təhqirlərə cavab verib: “Gürcüstanda onun hərəkətindən narazı olan və etiraz edən insanlar da var. Onların xətrinə və Gürcüstanla münasibətlərimizin yaxşılaşdırılması adına, münasibətlərimizə zərər verəcək addımlar atmazdım”.

Rusiya dövlət başçısının sözlərinə görə, onun mövqeyini başa düşmək üçün keçmişdə baş verən hadisələri, o cümlədən Abxaziya və Cənubi Osetiya ətrafında yaşanan hadisələri dərk etmək lazımdır.

Rusiya prezidentinin bəyanatında deyilir ki, Gürcüstanda anti-rus əhval-ruhiyyəsi tarixi bilməyən, ya da bilib məhəl qoymayan və nəticədə Gürcüstana zərər verən insanlar tərəfindən şişirdilir. “Buna çox ciddi, dərindən yanaşmaq lazımdır”, - deyə o əlavə edib.

Putinin sanksiyalarla bağlı bəyanatı Tiflisdə müsbət qarşılanıb. Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib ki, “Rusiya prezidentinin qərarı birmənalı şəkildə yeganə doğru qərardır və onu yalnız alqışmalaq olar”. Zalkaliani növbəti dəfə “Rustavi-2” kanalının efirində Putinin ünvanına səslənən təhqiramiz ifadələri qınayıb və qeyd edib ki, “ölkənin gələcək inkişafına düzəldilməsi qeyri-mümkün zərər vura biləcək” bəyanatlara yol vermək olmaz.