DÜNYA

05 İyul
7

Rusiyanın “S-400” komplekslərinin Türkiyəyə ixracatına başladı

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalının bildirdiyinə görə, Rusiyanın “S-400” zenit-raket komplekslərinin Türkiyəyə ixracatına başlanıb.

Fins.az RİA “Novosti”yə istinadən xəbər verir ki, onun sözlərinə görə, yaxın günlərdə “S-400”lər artıq Türkiyədə olacaq. O, həmçinin əlavə edib ki, Türkiyə bu komplekslərdən fəal şəkildə istifadə etmək niyyətindədir.

Kalın Türkiyə tərəfindən “S-400”lərin alınmasının “bitmiş proses” olduğunu vurğulayıb.