DÜNYA

04 İyul
8

Rusiya əhalisi sürətlə azalır - 4 ay ərzində...

Rusiya katastrofik şəkildə əhalisini itrir.

Fins.az xəbər verir ki, bunu Rusiya Baş Nazirinin müavini Tatyana Qolikova deyib.

“4 ay ərzində ölkə əhalisinin təbii azalması 149 min insan təşkil edib. Bu, o deməkdir ki, bizdə doğum səviyyəsi aşağı düşür”, - deyə Qolikova bildirib.

Qeyd edək ki, Rusiya əhalisinin azalmasını BMT ekspertləri də proqnozlaşdırır.

© Qafqazinfo