DÜNYA

26 İyun
10

Forbesin Zuckerberg-ə sensasion məktubu

Fins.azın "Bloomberg"ə istinadən verdiyi xəbərə görə, "Forbes Media"-ın icraçı redaktoru Steve Forbes sosial media nəhəngi Facebook-un yaradıcısı Mark Zuckerberg-ə kripto valyuta Libra ilə bağlı açıq məktub ünvalayıb. Libranın 2020-ci ildə bazara çıxaracağı bildirilən kripto valyuta Libra-nın böyük marağa və bir çox tənqidlərə səbəb olduğunu bildirən Forbes Zuckerberg-ə ümitsizliyə qapılmamağı tövsiyyə edib. “Özünə məxsus pul” fikrinin çoxdan mövcud olduğunu qeyd edərək hava yolu şirkətlərinin mil proqramları veb tətbiqlərinə işarə edən Forbes Zuckerberg-in libra mövzusunda kartlarını doğru oynayacağı təqdirdə avtomobil dünyası üçün Henry Ford nədirsə onun da valyuta və maliyyə sektoru üçün eynisi olabiləcəyini deyib.

Libranın əsirlər əvvəlki sikkə və kağız pul kəşfləri ilə eyni sırada yer ala biləcəyini vurğulayan Forbes,Zuckerberg-in valyutasının qlobal pul olaraq ABŞ dollarının yerini tuta biləcəyinin qeyd edib. “Digər bütün kripto-valyutalardan hazırda öndə olmağınızın bir səbəbi dəyəri təminatlı olan pulun əsas əhəmiyyətinin fərqinə varmağınızdır” cümləsi də yer alan məktubda kripto valyutaların çoxu həddindən çox volatil olduğuna görə spekulyativ vasitələrdir. Ancaq həqiqətdə mövcud kripto valyutaların “faydasız” olmasına diqqəti cəlb edib. Forbes “Ağlı başında olan heç kim Bitcoin-lə bağlı 24 saatdan daha uzun müddət üçün müqavilə yazmaz” deyib.

Müəllif:Aynur Qəniyeva