DÜNYA

19 İyun
6

Dövlət Duması ABŞ -la sazişin dayandırılması haqqında qanun qəbul edib

Rusiya Federasiyası Dövlət Duması orta və yaxın mənzilli raketlərin ləğvinə dair (sazişin dayandırılması haqqında qanun layihəsini qəbul edib.İyunun 18-i keçirilən plenar iclasda parlamentin bütün fraksiyaları və onun beynəlxalq məsələlər, müdafiə, həmçinin təhlükəsizlik və korrupsiya ilə mübarizə üzrə üç komitəsi sənədi təsdiqləyib. Fins.az xəbər verir ki, bu barədə Dövlət Dumasının rəsmi saytında məlumat verilir. Məlumatda deyilir ki, prezident Vladimir Putin tərəfindən parlamentə təqdim edilən qanun layihəsi ölkənin milli maraqlarını müdafiə etmək üçün nəzərdə tutulub. Dövlət Dumasının sədri Vyaçeslav Volodinin sözlərinə görə Rusiya OYRL imzalanarkən üzərinə götürdüyü bütün öhdəlikləri saxlamaq üçün hər şeyi edib, ancaq ABŞ-ın atdığı addımlar bu sazişin pozulmasına səbəb olub, öhdəlikləri saxlamaqla bağlı Rusiyanın dəfələrlə irəli sürdüyü təkliflər nəticəsiz qalıb. Xatırladaq ki, raketlərin ləğvinə dair saziş 1987-ci ildə SOV.İKP MK-nin baş katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan tərəfindən imzalanıb. Dünyaya ən böyük təhlükəni orta (1000-5500 kilometr) və yaxın (500-1000 kilometr) mənzilli raketlər kəsb edir. Belə ki, onlar bir neçə dəqiqə ərzində hədəfə çatmaq qabiliyyətinə malik olduqları üçün düşmənə hazırlaşmaq və zərbəni dəf etmək imkanı vermirlər. Ötən ilin dekabr ayında ABŞ bildirib ki, Rusiya 60 gün ərzində sazişlə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə başlamasa, sənəddəki iştirakına xitam verəcək. Verilən möhlətin başa çatdığı gün 2 fevral 2019-cu ildə Amerikanın dövlət katibi Mayk Pompeo (Mike Pompeo) ABŞ-ın OYRL-dəki iştirakına son verildiyini elan edib. Martın 4-ü Rusiya prezidenti Vladimir Putin Rusiya tərəfinin sazişin öhdəliklərini yerinə yetirməyi dayandırması haqqında fərman imzalayıb. Rusiya hesab edir ki, “MK-41” universal buraxılış qurğularının Avropanın raketəleyhinə müdafiə sisteminə qoşulması sazişi pozub. ABŞ və NATO-a üzv olan digər ölkələr isə əmindirlər ki, “9M729” raketini (NATO təsnifatı üzrə “SSC-8”) istehsal edib, döyüş arsenalına daxil etməklə sənədin şərtlərini məhz Rusiya pozub