DÜNYA

19 İyun
5

Hindistandan ABŞ-dan idxal olunan mallarla bağlı yeni qərar

ABŞ hökuməti Hindistanı Qlobal Güzəşt Sistemi proqramından çıxardıqdan sonra Hindistan da buna cavab addımı ataraq ABŞ-dan idxal edilən alma, qoz, badam, mərcimək kimi 28 məhsula əlavə gömrük vergisi tətbiq etməyə başlayıb. Fins.az-ın məlumatına görə, bu məhsullardan bəzilərinə qoyulan əlavə gömrük vergisinin dərəcəsi 70 faizə çatır. Hindistan Maliyyə Nazirliyinin açıqlamasında belə bir qərarın milli mənafe nəzərə alınaraq verildiyi göstərilib. Ekspertlər diqqəti bu addımın ABŞ Prezidenti Donald Tramp və Hindistanın Baş naziri Narendra Modinin görüşəcəyinin gözlənildiyi G20 ölkələrinin zirvə toplantısı ərəfəsində atılmasına yönəldiblər. İyunun sonunda Yaponiyada keçiriləcək həmin tədbirdə iki ölkənin xarici işlər nazirlərinin də görüşü planlaşdırılıb.

Qeyd edək ki, ABŞ-la Hindistan arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi keçən il 142 milyard dollar olmuşdu və mütəxəssislər bu rəqəmin 2001-ci ildən bəri 7 dəfə artdığını bildirirlər.