DÜNYA

10 February
2

Ölkənin cins şalvar və dəri pencəkli müsəlman prezidenti

Mərkəzi Amerikada yerləşən Salvador dövlətində keçirilən prezident seçkilərində Fələstin əsilli Nayib Bukele 54 faiz səslə qalib gəlib. Fins.az-ın “Anadolu” agentliyinə istinadən xəbərinə görə, bununla o, ölkənin ilk Fələstin mənşəli dövlət başçısı olub. Buna qədər paytaxt San-Salvadorun bələdiyyə rəhbəri işləyən Bukelenin ailəsi 20-ci yüzilin əvvəllərində Fələstinin Qüds şəhərindən Osmanlı imperatorluğuna məxsus vəsiqə ilə Mərkəzi Amerikaya köç edib. Onun atası Armando Bukele tanınmış müsəlman iş adamıdır. Yeni prezident siyasətə 1999-cu ildə başlayıb. 38 yaşlı Bukelenin cins şalvar və dəri pencək kimi gündəlik geyimləriylə xalqın qarşısına çıxmağa üstünlük verməsi onu ölkənin digər prezidentlərindən fərqləndirib.