DÜNYA

14 September
1

Rusiya valyuta ehtiyatları azaldıqdan sonra bu qədər olub

Bu ilin sentyabr ayının ilk 7 günü ərzində Rusiyanın valyuta ehtiyatları 1,2 mlrd. ABŞ dolları və yaxud 0,26% azalaraq 460,4 mlrd. dollardan 459,4 mlrd. dollara düşüb. Fins.az-ın məlumatına görə, “Report” bu barədə Rusiya Bankına (Mərkəzi Bank) istinadən xəbər verir.

Xatırladaq ki, valyuta ehtiyatları adı çəkilən quruma və hökumətə məxsus yüksək likvdli xarici aktivlərdən ibarətdir. Avqust ayında bu rəqəmin 2,6 mlrd. dollar artdığı bildirilirdi.