DÜNYA

25 Sentyabr

Avropada enerji qiymətləri artmağa davam edir

Finss.az - 2025-ci ildə Avropada enerji qiymətləri yüksəlir və bu, həm ev təsərrüfatları, həm də sənaye sektoru üçün əlavə maliyyə yükü yaradır.

Almaniyada elektrik enerjisinin fyuçers qiymətləri ilk dəfə olaraq 1000 avronu keçib. Təbii qazın qiyməti yanvar ayından etibarən orta hesabla 22% artıb, bəzi ölkələrdə isə bu artım 30%-dən çox olub. Qiymət artımının əsas səbəbləri geosiyasi gərginliklər, OPEC+ ölkələrinin hasilat siyasətiqlobal iqtisadi canlanmadır. Analitiklər ilin sonuna qədər enerji qiymətlərinin yüksəlməsinin davam edəcəyini proqnozlaşdırır.