DÜNYA

07 İyul

Britaniyada mənzil bazarında durğunluq

Finss.az - Böyük Britaniyada iyun ayında mənzil qiymətləri may ayı ilə müqayisədə dəyişməyib.

Bu barədə ölkənin aparıcı ipoteka krediti təşkilatlarından biri olan Halifax məlumat yayıb.

Qiymətlərin dəyişməməsi iqtisadçıların gözləntiləri ilə üst-üstə düşüb. Bununla belə, Halifax may ayının əvvəlki göstəricilərini də yenidən nəzərdən keçirərək, aylıq azalma göstəricisini əvvəlki 0,4%-dən 0,3%-ə endirib.

Müəssisənin hesabatına görə, illik ifadədə isə mənzil qiymətləri 2,5% artaraq ötən ilin iyun ayını üstələyib. Bu, ölkə mənzil bazarının müəyyən sabitlik nümayiş etdirdiyini göstərir.