Finss.az - İyunda Böyük Britaniyanın tikinti sektorunda azalma tempi bir qədər yavaşlayıb.
SP Global-in məlumatına görə, tikinti sektorunun satınalma menecerləri indeksi (PMI) maydakı 47,9-dan iyunda 48,8-ə yüksələrək son altı ayın maksimum səviyyəsinə çatıb. Lakin bu göstərici hələ də 50-nin altında qalaraq sektorda ümumi azalma mövcud olduğunu göstərir.
İqtisadçılar iyun PMI indeksini 48,4 səviyyəsində proqnozlaşdırmışdılar. Yeni sifarişlərdə isə azalma daha sürətli gedib. Bir çox tikinti şirkətləri daxili iqtisadi şəraitin çətinliyi və müştəri etimadının zəifləməsi səbəbindən ümumi iş yükündə azalma yaşandıqlarını bildiriblər.
Sektorun tərkibində isə fərqlilik müşahidə olunub: yaşayış tikintisi artıma qayıdıb, kommersiya tikintisində isə iqtisadi narahatlıqlar səbəbindən ciddi geriləmə var.
Ekspertlər bildirirlər ki, iqtisadi qeyri-müəyyənliklər davam etdiyi müddətcə kommersiya tikintisində canlanma gözləmək çətindir, lakin yaşayış sektoru dayanıqlığını qoruyur.