Finss.az - ABŞ-n People jurnalı, U.S. News World Report, Uorton Biznes Məktəbi və BAV Consulting şirkətinin birgə apardığı sorğuda 17 mindən çox respondent iştirak edib.
Sorğu nəticələrinə görə, 2024-cü ilin ən yaxşı yaşayış şəraitinə malik ölkəsi İsveçrə seçilib.
Yaponiya və ABŞ ikinci və üçüncü yerləri tutub. İlk onluğa Kanada, Avstraliya, İsveç, Almaniya, Böyük Britaniya, Yeni Zelandiya və Danimarka daxil olub.
Qeyd edək ki, bu reytinq yalnız ölkələrin ictimai imicini ölçür və iqtisadi, sosial və istehsal göstəricilərini nəzərə almır.
