Finss.az - Beynəlxalq Valyuta Fondu (BVF) İsveçrə İsveçrənin iqtisadiyyatının qarşısında ciddi risklərin dayandığını açıqlayıb.
BVF bu il üçün ölkənin iqtisadi artım proqnozunu 1,7%-dən 1,3%-ə endirib. 2026-cı il üçün isə artım tempi 1,2% olaraq proqnozlaşdırılır.
Fondun xəbərdarlığına görə, ABŞ-ın dərman məhsulları da daxil olmaqla, müxtəlif idxal tariflərinin tam gücü ilə tətbiqi vəziyyətində artım göstəriciləri daha da aşağı düşə bilər. Belə bir ssenaridə 2025-ci ildə artım 1,1-1%, 2026-cı ildə isə 1,0-0,9% aralığında ola bilər.
BVF-nin İsveçrə nümayəndə heyətinin rəhbəri Qabriel Di Bella bildirib ki, "Azalma riskləri yüksəkdir və bu həm yüksək tariflər, həm də siyasi qeyri-müəyyənliklə bağlıdır". Hazırda İsveçrə ABŞ bazarına ixracda 31% tariflə üzləşə bilər ki, bu da ölkənin əsas ixrac bazarına ciddi zərbə vuracaq.