Finss.az - Bloomberg Billionaires Index (BBI) məlumatlarına görə, 2025-ci ilin əvvəlindən Rusiyanın ən zəngin sahibkarlarının ümumi sərvəti 24,6 milyard dollar artaraq 316,74 milyard dollara çatıb.
Reytinqdə birinci yerdə “Norilsk Nikel” şirkətinin sahibi Vladimir Potanin dayanır. Onun sərvəti 3,83 milyard dollar artaraq 31,7 milyard dollara yüksəlib. İkinci yerdə “Lukoyl”un sahiblərindən biri Vahid Ələkbərov var; onun aktivləri 1,39 milyard dollar artaraq 26,7 milyard dollara çatıb. Üçüncü yerdə isə “Severstal”ın əsas benefisiarı Aleksey Mordaşovdur, sərvəti 1,48 milyard dollar artaraq 24,7 milyard dollara yüksəlib.
Dördüncü yerdə isə NLMK benefisiarı Vladimir Lisin gəlir, lakin onun sərvəti 1,68 milyard dollar azalıb və hazırda 24,1 milyard dollardır. Beşlikdə “Novatek”in ortaq sahibi Leonid Mixelson 23,7 milyard dollar sərvət ilə yer alıb.
BBI-nin dünya siyahısında 21 Rusiya vətəndaşı var. Onların arasında Andrey Melniçenko, Əlişir Usmanov, Mixail Proxorov, Pavel Durov və Mixail Fridman kimi tanınmış biznesmenlər də yer alır.