DÜNYA

04 İyun

Archer Aviation ilk elektrikli hava taksisinin uçuşunu həyata keçirdi

Finss.az - Elektrikli vertikal qalxma və enmə (VTOL) texnologiyaları sahəsində qabaqcıl şirkətlərdən olan Archer Aviation yeni nəsil hava taksisinin prototipi Midnight ilə ilk uçuşunu uğurla tamamlayıb. .

Şirkətin verdiyi məlumata görə, sükan arxasında pilotun olduğu Midnight sınaq uçuşunda 200 km/saatdan artıq sürətə çataraq 460 metr yüksəklikdə uçub.

Sınaqlar zamanı aparat ənənəvi vintlərdən istifadə etməyərək, havaya qalxmaq üçün uçuş-enmə zolağından faydalanıb. Bu isə prototipin daha da təkmilləşdirilməsi üçün mühüm təcrübə hesab olunur. Yeni mərhələdə aparatın şassisi test edilib və etibarlılığı təsdiqlənib.

Archer Aviation bu sınaq mərhələsinin ABŞ və BƏƏ bazarlarında Midnight hava taksisinin sertifikatlaşdırılması və kommersiyalaşdırılması proqramına dəstək verəcəyini bildirib. Şirkət elektrikli hava nəqliyyatının gələcəyində əsas rol oynamaq niyyətindədir.

Midnight modeli şəhərdaxili nəqliyyatda çeviklik və ekoloji cəhətdən təmiz həllər təqdim etməklə, urban hava mobililiyində yeni bir dövrün başlanğıcını qoymağı hədəfləyir.