Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC), "OPEC+" çərçivəsində könüllü hasilat azalmalarında iştirak edən yeddi ölkədən artıq neft hasilatının kompensasiyasına dair yenilənmiş planları qəbul edib.
Finss.az-ın OPEC-ə istinadən verdiyi məlumata görə, həmin ölkələr Rusiya, Səudiyyə Ərəbistanı, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan və Omandır.
Yenilənmiş plana əsasən, bu ölkələr 2025-ci ilin aprelindən 2026-cı ilin iyun ayına qədər dövr ərzində gündəlik 4,572 milyon barel həcmində artıq neft hasilatını tədricən kompensasiya etməlidirlər. Bu göstərici əvvəlki kompensasiya qrafiki ilə müqayisədə 568 min barel artım deməkdir.
Qeyd edək ki, Azərbaycan da "OPEC+" razılaşmasının iştirakçısıdır və təşkilatın müəyyən etdiyi hasilat tənzimləmə mexanizmlərində aktiv iştirak edir.
Fuad Mədətov
Finss.az