Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin bildirib ki, Moskva ilə Vaşinqton arasında Ukraynadakı münaqişənin həlli ilə bağlı ilkin təmaslar aparılır.
Fins.az xəbər verir ki, bu barədə o, Britaniyanın ITV kanalına məlumat verib.
Səfirin sözlərinə görə, bu təmaslar tərəflərin mövqelərinin qiymətləndirilməsinə yönəlib. Diplomat vurğulayıb ki, Moskva bu məsələ ilə bağlı “çox ciddi söhbətə” hazırdır, lakin əvvəlcə konkret olaraq nəyin müzakirə olunacağını başa düşmək lazımdır.
A.Kelin qeyd edib ki, Rusiya 2022-ci ildə İstanbulda müzakirə edilən sülh Sazişi layihəsi əsasında danışıqlar aparmağa hazırdır və istənilən müzakirələrdə mövcud reallıqlar nəzərə alınmalıdır.