DÜNYA

15 Aprel

Qlobal maliyyə standartları regionlar arasında fərqliliklər göstərir

2024-cü ildə qlobal maliyyə və kredit standartları ümumilikdə dəstəkləyici qalmağa davam etsə də, ayrı-ayrı regionlar arasında fərqlər müşahidə edilir.

Finss.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü il üzrə Maliyyə Sabitliyi Hesabatına əsasən xəbər verir ki, inkişaf etmiş ölkələrdə (İEÖ), xüsusilə ABŞ-da biznes dostu iqtisadi siyasət gözləntiləri ilə səhmlərin qiyməti artmışdır. Lakin ABŞ-ın tətbiq etdiyi yeni tariflər və yüksək faiz dərəcələri gözləntiləri fonunda dolların güclənməsi, inkişaf etməkdə olan ölkələrdə (İEOÖ) maliyyə standartlarının sərtləşməsinə səbəb olmuşdur.

2024-cü ildə bir çox ölkə yüksək dövlət borcu səbəbindən maliyyə siyasətində məhdudiyyətlərlə üzləşmişdir. Beynəlxalq Valyuta Fondu (BVF) maliyyə sabitliyinin qorunması məqsədilə tədrici fiskal konsolidasiyanın vacibliyi ilə bağlı xəbərdarlıq etmişdir. Əks halda, inkişaf etməkdə olan iqtisadiyyatlarda borc xərclərinin artması, yüksək faiz dərəcələri və aşağı investisiya səviyyələri uzunmüddətli böyümə perspektivlərini zəiflədə bilər.

Fuad Mədətov
Finss.az