DÜNYA

15 Aprel

Qlobal ticarətə proteksionist siyasətlərin təsiri artır

Bəzi aparıcı dövlətlər tərəfindən tətbiq edilən proteksionist ticarət siyasətləri qlobal iqtisadi sistem üçün ciddi risklər və çağırışlar yaradır.

Finss.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü il üzrə Maliyyə Sabitliyi Hesabatında yer alıb.

Qlobal ticarət mühitində müşahidə olunan qeyri-müəyyənliklər, xüsusilə də yeni tarif dalğaları və digər ticarət maneələrinin tətbiqi, dünya iqtisadi artımına mənfi təsir göstərməkdədir. Beynəlxalq Valyuta Fondunun (BVF) təhlillərinə əsasən, iri iqtisadi güclər arasında proteksionist yanaşmaların intensivləşməsi nəticəsində qlobal ticarət həcmi azalmaqda, eyni zamanda investisiya axınlarına zərər vurulmaqdadır.

Dünya Bankının hesablamalarına görə, ABŞ tərəfindən irəli sürülən yeni ticarət tarifləri və bu tədbirlərə tərəfdaş ölkələrin cavab tədbirləri kontekstində, dünya iqtisadiyyatının artım tempi 0.3 faiz bəndi qədər zəifləyə bilər.

Fuad Mədətov
Finss.az