OpenAI şirkətinin baş direktoru Sem Altman və keçmiş Apple dizayneri Coni Ayv ənənəvi smartfonları əvəz edəcək süni intellekt qurğusu hazırlayırlar.
Fins.az xəbər verir ki, bu barədə Android Authority Nikkei Asia-ya istinadən məlumat yayıb.
Altman bildirib ki, süni intellekt bizim kompüterlərlə qarşılıqlı əlaqəmizdə əsaslı dəyişikliklər tələb edir və səs gələcəkdə istifadəçi interfeysinin əsas elementinə çevriləcək. Buna görə də hazırlanmaqda olan cihaz səslə idarə olunacaq.
Oxşar qurğular artıq təqdim edilib, lakin onlar populyarlaşmadı və uğursuz oldu - bunlar Humane AI Pin və Rabbit R1 AI cihazlarıdır. Müxtəlif forma faktorlarında çoxlu AI qadcetləri olsa da, OpenAI-nin yeni cihazı tamamilə unikal konfiqurasiya təklif edə bilər. Ekspertlərin fikrincə, bu, onu bütün mövcud analoqlardan fərqləndirəcək.
Altman həmçinin qeyd edib ki, şirkət qadcetin performansını və avtonomiyasını optimallaşdırmaq üçün öz mikroçiplərini hazırlayır.