DÜNYA

06 Fevral

Kiyev ABŞ-a Ukraynanın yeraltı qaz anbarlarından istifadə etməyi təklif edib

Ukrayna Amerika qazı üçün yeraltı anbarlarını təmin etməyə hazırdır. Fins.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri ilə keçirdiyi mətbuat konfransında Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andriy Sıbıqa deyib.

Sybiqa Ukraynanın ABŞ-dan qaz almaq imkanını nəzərdən keçirdiyini qeyd edib və bu məqsədlər üçün istifadə oluna biləcək güclü yeraltı qaz anbarlarının mövcudluğunu vurğulayıb.
Onun sözlərinə görə, bu sahədə əməkdaşlıq Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsi və enerji sektorunda ABŞ ilə tərəfdaşlığın genişləndirilməsi üçün yeni perspektivlər aça bilər.