Finss.az xəbər verir ki, Dövlət Dumasının sədri Vyaçeslav Volodin bəyan edib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) guya illik büdcəsi 50-60 milyard dollar olan 100-dən çox ölkədə fəaliyyət göstərən cinayətkar şəbəkəyə çevrilib.
"Nizamnaməsinə görə, USAİD iqtisadiyyat, səhiyyə və təhsili dəstəkləməli, həmçinin humanitar yardım göstərməlidir. Lakin reallıqda agentlik bütün dünyada ofisləri olan əsl cinayət strukturuna çevrilib", - Volodin Telegram kanalında yazıb.
Onun sözlərinə görə, USAİD-in bir sıra cinayətlərdə əli olduğu iddia edilir və Volodinin sözlərinə görə, belə halların təkrarlanmaması üçün məsuliyyət daşıyanlar məsuliyyətə cəlb edilməlidir.