DÜNYA

03 Fevral

Gürcüstan parlamenti Avropa Şurasındakınümayəndə heyətinin üzvlərini geri çağırıb

Gürcüstanda hakim komanda parlamentin Avropa Şurasındakı nümayəndə heyətinin üzvlərini geri çağırıb. Eyni zamanda, “Gürcü Arzusu-Demokratik Gürcüstan” və “Xalqın Gücü” partiyalarının üzvləri səlahiyyətlərinin dayandırılması ilə bağlı Assambleya sədrinə fərdi qaydada müraciət ediblər.

Fins.az xəbər verir ki, Gürcüstan Parlamentinin Bürosu nümayəndə heyətinin üzvlərinin geri çəkilməsini dəstəkləyib.

Parlamentin xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze büro iclasında bildirib ki, üzvlərin geri çağırılmasına baxmayaraq, nümayəndə heyəti ləğv edilmir, nümayəndə heyəti qalır.

Parlamentin Avropa Şurasındakı nümayəndə heyətində kvotaları “Gürcü Arzusu”nun üzvləri, müxalifət adından isə “Xalqın Gücü”nün üzvləri tutublar. 

Parlamentin sədri Şalva Papuaşvili büro iclasında deyib ki, biz AŞPA-nın demokratiyaya və suverenliyə hörmət əsasında öz orijinal dəyərlərinə qayıtmasını gözləyirik.