DÜNYA

03 Fevral

Britaniyada bank tətbiqlərində ciddi nasazlıq baş verib

 

Böyük Britaniyada “Lloyds”, “Halifax” və “Bank of Scotland”ın mobil tətbiqləri və onlayn bankçılıq xidmətlərində ciddi problemlər yaranıb. 

Fins.az xəbər verir ki, nəticədə müştərilər hesablarına daxil ola və maliyyə əməliyyatlarını həyata keçirə bilmirlər. 

“Lloyds” bankı nasazlıqdan təsirlənən müştərilərdən üzr istəyib və problemin aradan qaldırılması üçün çalışdıqlarını bildirib. Bank həmçinin müştərilərin şikayətlərini bildirmək üçün rəsmi səhifəyə yönləndirib.

Bu problemlər “Lloyds Banking Group”a daxil olan digər banklara - “Halifax” və “Bank of Scotland”a da təsir edib. Səhər saatlarından etibarən bank xidmətlərində kütləvi nasazlıqlarla bağlı çoxsaylı şikayətlər qeydə alınıb. Məlum olub ki, problem bütün ölkə üzrə müşahidə olunur. Bu hadisə ötən həftə cümə günü “Barclays” bankında baş verən böyük texniki nasazlıqdan sonra yaşanır.