DÜNYA

03 Fevral

Egey dənizində bir həftə ərzində 400-dən çox zəlzələ qeydə alınıb

Yanvarın 28-dən etibarən Egey dənizində 400-dən çox təkan qeydə alınıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Fəlakətlərin Qarşısının Alınması və Aradan qaldırılması İdarəsi (AFAD) məlumat yayıb.

Agentliyin məlumatına görə, qeydə alınan zəlzələnin maksimal gücü Rixter şkalası üzrə 4,8-ə çatıb. Türkiyə sahillərinə ən yaxın olan yeraltı təkanların episentri təxminən 140 kilometr məsafədə yerləşib.