DÜNYA

31 Yanvar

Türkiyənin hədəflədiyi ixrac bazarlarının siyahısı yenilənib

Türkiyənin Ticarət Nazirliyi ölkə məhsulları üçün “Hədəf ixrac bazarları” siyahısını yeniləyib.

Fins.az xəbər verir ki, 2025-ci il siyahısına Azərbaycan da daxil olmaqla ixracın dövlət tərəfindən stimullaşdırıldığı 55 ölkə daxildir.

Bu il bazarların yenilənmiş siyahısı İraq və Serbiya ilə tamamlanır.

Ticarət Nazirliyi qeyd edib ki, siyahı qlobal siyasi və iqtisadi proseslərin təhlili, eləcə də ənənəvi satış bazarlarına tədarükün potensial azalması nəticəsində dəyən ziyanı minimuma endirmək istəyi nəzərə alınmaqla tərtib edilib. Bundan əlavə, BVF-nin göstəriciləri və ikitərəfli ticarət dövriyyəsinin həcmində dəyişiklik tendensiyaları nəzərə alınıb.

Türkiyənin Ticarət Nazirliyi ölkənin Statistika Təşkilatı ilə birlikdə 2024-cü il üçün xarici ticarət rəqəmlərini də açıqlayıb.

Rəsmi məlumatlara görə, ötən il Türkiyə ixracatının həcmi 2,4 faiz olmaqla 261 milyard 855 milyon dollara çatıb. Bu, 2023-cü ilin göstəricisindən çoxdur. İdxalın həcmi 5 faiz azalıb və 344 milyard 20 milyon dollara düşüb.