Fransa heç bir izahat vermədən İranın “AirTour” aviaşirkətinin təyyarəsinin yanvarın 31-də Parisə uçması üçün icazəni ləğv edib.
Fins.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Bildirilib ki, uçuşların ləğvi ilə bağlı aviaşirkətin direktoru Seyid Razi Musəvi açıqlama verib. Musəvi aviaşirkətin hazırda Fransa tərəfi ilə danışıqlar apardığını, “AirTour”un özəl şirkət olduğunu və siyasətlə heç bir əlaqəsinin olmadığını vurğulayıb. O, sərnişinlərdən üzr istəyib və xüsusilə qeyd edib ki, biletlərin pulları geri qaytarılacaq.
Qeyd edək ki, yanvarın 13-də Seyid Razi Musəvi İran aviaşirkətinin Avropa ölkələrinə uçuşlarına başladığını elan edib. İlk uçuş yanvarın 31-də Parisə planlaşdırılıb. Direktor bildirib ki, Avstriya, Almaniya və İspaniya da daxil olmaqla, digər istiqamətlərin açılması da nəzərdə tutulub.