DÜNYA

29 Yanvar

Səudiyyə Ərəbistanı Asiya üçün neftin qiymətinin rekord qiymət artımına səbəb ola bilər

Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı, 2025-ci ilin martında Asiya alıcıları üçün xam neftin qiymətini bir ildən artıq müddətdə ən yüksək səviyyəyə qaldıra bilər.

Fins.az xəbər verir ki, qiymətlərin qalxması Çin və Hindistandan neftə tələbatın artması, həmçinin ABŞ sanksiyaları səbəbindən Rusiyadan tədarükün kəsilməsi ilə bağlıdır. Reuters-in sorğusunda iştirak edən ekspertlərin fikrincə, 2025-ci ilin mart ayında benchmark Arab Light markalı xam neftin rəsmi satış qiyməti (OSP) fevral ayı ilə müqayisədə 2-2,50 dollar/barel arta bilər. Bir mənbə bir barel qiymətin 3 dollar artacağını proqnozlaşdırır.