DÜNYA

24 Yanvar

Alimlər ən bezdirici sosial şəbəkənin adını açıqlayıblar

Massachusetts General Hospital və Harvard Tibb Məktəbinin amerikalı alimləri sosial şəbəkələrdə olmağın insanın xarakterinə necə təsir etdiyini öyrəniblər.

Fins.az xəbər verir ki, bu barədə araşdırma JAMA Network Open elmi jurnalında dərc olunub.

Sorğuda sosial mediadan istifadə və əsəbilik səviyyələri ilə bağlı suallar yer alıb.
Mütəxəssislər sosial şəbəkələrdə olmaq və istifadəçilərin emosional vəziyyəti arasında əlaqəni orta yaş həddi 46 olan 42 597 iştirakçının cavabları əsasında qiymətləndiriblər.

İnsanlar üçün ən bezdirici sosial platforma TikTok qısa video xidməti olub.
Elm adamları sosial media ilə məşğul olmaq və ondan istifadə etməkdən narazılığın səbəbləri arasında birbaşa səbəb-nəticə əlaqəsi qura bilməyiblər.

Mütəxəssislər hesab edirlər ki, səbəb geribildirim döngəsində ola bilər: qıcıqlanan insanlar sosial şəbəkələr vasitəsilə daha tez-tez ünsiyyət qurmağa meyllidirlər və bu, mənfi emosiyaları daha da artırır.