Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 45%-ə endirib.
Fins.az xəbər verir ki, bu, ardıcıl ikinci enişdir. Bundan əvvəl tənzimləyici iki il ərzində belə bir addım atmağa cəsarət etməmişdi - 2024-cü ilin martına qədər faiz dərəcəsi 50%-ə qaldırıldı və dekabrın sonuna qədər bu səviyyədə qaldı.
Son ayların tendensiyası qiymətlərin əvvəlki ilə müqayisədə daha az aktiv artımı ilə bağlıdır - dekabrda ölkədə illik inflyasiya 44,4%-ə qədər azalıb.