DÜNYA

23 Yanvar

Tramp administrasiyası bir sıra viruslar üzərində araşdırmaları qadağan etmək istəyir

ABŞ-ın yeni prezidenti Donald Trampın administrasiyası patogenlərin insanlar üçün təhlükəsini artıran viruslar üzrə “riskli və mübahisəli” tədqiqatların federal maliyyələşdirilməsini dayandıran sərəncam hazırlayır.

Fins.az xəbər verir ki, bu barədə çərşənbə günü “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Sərəncam elm adamlarını yeni imkanları, o cümlədən dərman müalicəsinə müqavimət göstərmək qabiliyyətini araşdırmaq üçün virusları dəyişdirən tədqiqatlar üçün ABŞ-ın maliyyəsindən məhrum edəcək. Qəzet yazır ki, bəzi respublikaçılar Çinin Wuhan şəhərindəki laboratoriyada bu cür tədqiqatın COVID-19 pandemiyasına töhfə verdiyini iddia edirlər. Qeyd olunur ki, fərmanın məzmunu hələ də müzakirə olunur, o, H5N1 quş qripi virusuna və digər infeksiyalara şamil olunmaya bilər.