DÜNYA

07 Aprel

Çin ABŞ şirkətlərinə zəmanət verdi

Finss.az - Çinin Ticarət nazirinin müavini Lin Tsi, ABŞ-ın bir sıra aparıcı şirkətlərinə, o cümlədən Tesla və GE Healthcare-ə ölkədə fəaliyyət göstərən xarici müəssisələrin hüquqlarının qorunacağına dair zəmanət verib.

Amerika sərmayəli 20-dən çox şirkətin nümayəndələrinin iştirak etdiyi dəyirmi masa zamanı Lin Tsi bildirib ki, Çin xarici sərmayədarlar üçün daim açıq və etibarlı bir mühit yaradıb və bu siyasət gələcəkdə də davam etdiriləcək.

"Çin xarici sərmayəçilər üçün ideal, təhlükəsiz və perspektivli bir investisiya məkanı olub, belə də qalacaq", – deyə nazir müavini qeyd edib.

Çin rəsmisinin bu açıqlaması, ABŞ və Çin arasında ticarət münasibətlərində gərginliklərin davam etdiyi bir vaxtda xarici investorlar üçün önəmli bir mesaj kimi qiymətləndirilir.