Filippində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Fins.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Onun sözlərinə görə, yeraltı təkanların episentri təxminən 3,5 min nəfər əhalisi olan Liloan şəhərindən 7 km cənub-şərqdə yerləşib. Mənbə 9 km dərinlikdə yerləşirdi.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.