DÜNYA

22 Yanvar

ABŞ Qazaxıstandan 49 illiyinə torpaq icarəyə götürəcək

 

Qazaxıstan Almatıda torpaq sahəsini 49 il müddətinə ABŞ hökumətinə icarəyə verəcək.

Fins.az xəbər verir ki, müvafiq qanun layihəsi Qazaxıstan Məclisinin deputatları tərəfindən baxılmağa qəbul edilib.

Saziş 2024-cü il sentyabrın 27-də Nyu-Yorkda imzalanıb, lakin qüvvəyə minməsi üçün Qazaxıstan və Birləşmiş Ştatların qanunverici orqanları tərəfindən ratifikasiya edilməlidir.

ABŞ icarəyə götürülən 70 min kvadratmetr sahədə konsulluq binasının inşasını planlaşdırır.