Fins.az xəbər verir ki, Çinin Şanxay şəhərində insanabənzər robotların təlimi üçün baza açılıb.
"Mərkəzdə robotlar müxtəlif tapşırıqların yerinə yetirilməsi üçün təlim keçəcək və əldə edilən məlumatlar onların intellekt səviyyəsinin daha da optimallaşdırılması üçün tərtibatçılara ötürüləcək", - materialda qeyd olunur.
Bildirilir ki, ilkin mərhələdə mərkəzdə 100 humanoid yerləşdiriləcək. Onlar 10-dan çox ssenari üzrə istifadə üçün təlim keçəcəklər. Əldə edilən məlumatlar süni intellekt modellərinin hazırlanması ilə məşğul olan şirkətlərə ötürüləcək ki, bu da sahənin inkişafına kömək etməlidir.