2024-cü ilin dekabrında Fransadan Çinə konyak ixracı 75 faiz azalıb.
Fins.az xəbər verir ki, faktı Boursier.com saytı rəsmi mənbələrə istinadla yayıb. Bununla da, ABŞ fransız şərab istehsalçılar üçün əsas bazara çevrilib. Hesabat dövründə okeanın o tayına konyak ixracı təxminən 30 faiz artıb.
Lakin, bu artım ABŞ-da spirtli içki istehlakının artması kimi başa düşülməməlidir. Sadəcə olaraq, böyük idxalçılar gömrük rüsumlarının ehtimal olunan artmasına görə ehtiyatlarını artırırlar.