NATO-nun “Steadfast Dart 2025” təlimində iştirak etmək üçün 300 britaniyalı hərbçinin Çexiya ərazisindən tranziti təşkil olunacaq.
Fins.az xəbər verir ki, bu barədə Çexiyanın “České noviny” qəzetində dərc olunan məqalədə deyilir.
Qeyd edildiyi kimi, Britaniya hərbçiləri Rumıniyaya gedəcək və tranzit yanvarın 19-dan 16-na keçən gecə baş tutacaq. Gecə hərəkətlərinin məqsədi yerli əhaliyə problem yaratmamaqdır. Həmçinin bildirilir ki, yerli hərbi qulluqçular tranzitlə bağlı problemlə üzləşsələr, britaniyalı həmkarlarına yardım göstərməyə hazır olacaqlar.
“Steadfast Dart” təlimlərində NATO-ya üzv ölkələrin ordularından 10 minə yaxın hərbçinin iştirak edəcəyi və təlimlərin məqsədinin Rusiya sərhədləri yaxınlığında hərəkətləri məşq etmək olacağı daha əvvəl bildirilib. Manevrlər yanvarın 13-dən fevralın 26-dək Rumıniya, Bolqarıstan və Yunanıstanda keçiriləcək.