Fins.az xəbər verir ki, TikTok qısa videolarının yaradılması və baxılması xidməti Amerika hakimiyyətinin tətbiq etdiyi qadağaya görə ABŞ-da fəaliyyətini dayandırıb.
"ABŞ-da TikTok-u qadağan edən qanun qüvvəyə minib. Təəssüf ki, bu o deməkdir ki, siz hələ TikTok-dan istifadə edə bilməyəcəksiniz", - proqrama daxil olmağa çalışdığınız zaman bildirişdə deyilir. Xidmət Apple App Store-da axtarış nəticələrində də görünmür.
Eyni zamanda xidmət ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən sonra xidmətin bərpası üçün həll yolu tapacağına söz verdiyini qeyd edib.