"Persepolis" cizgi filmi ilə tanınan iranlı rejissor Marjane Satrapi Fransanın Fəxri Legion ordenini qəbul etməkdən imtina edib.
Fins.az xəbər verir ki, bu barədə Satrapi sosial şəbəkəsində yazıb.
Fransanın mədəniyyət nazirinə yazdığı məktubda rejissor bu ayın sonunda planlaşdırılan mərasimdə dövlət mükafatını qəbul etməyəcəyini izah edib. Səbəb kimi o, Fransanın İranda insan haqları məsələlərinə məhəl qoymamasını və ikili standartlardan istifadə etməsini göstərib.