İsveç NATO-nun Baltik dənizində təhlükəsizlik missiyasında iştirak etmək üçün üç döyüş gəmisi və bir kəşfiyyat təyyarəsi göndərəcək.
Fins.az xəbər verir ki, bunu ölkənin baş naziri Ulf Kristersson deyib.
Bölgədə sualtı infrastruktura ziyan vuran bir sıra təxribat hücumlarından sonra NATO hərbi gəmiləri sualtı rabitə kabellərini qoruyur. Baltikyanı ölkələrin hakimiyyət orqanları kritik kommunikasiyalar üçün mümkün təhlükədən narahat olduqlarını bildirirlər. Sualtı kabel insidentləri naməlum gəmilərin aktivliyinin artması fonunda baş verib. Xüsusən də Rusiya Federasiyasının “kölgə donanması” adlandırılan tankerləri, eləcə də Çinin “Yi Peng 3” gəmisi zədələnmiş ərazilərdə qeydə alınıb kommunikasiya infrastrukturunu zədələyir.
Artan təhdidlərə cavab olaraq, NATO ölkələri Baltikyanı regionda dəniz mövcudluğunu gücləndirir. Bu yaxınlarda Alyansa üzv olmuş İsveç sularda patrul xidmətinə və əsas obyektlərin mühafizəsinə öz hərbi resurslarını göndərərək ümumi təhlükəsizlik sistemində fəal iştirak edir.
İsveçin NATO missiyasına həm vəziyyətin monitorinqi, həm də sualtı təxribat cəhdlərinə dərhal reaksiya veriləcəyi gözlənilir. Alyans bu addımı regionda təhlükəsizliyin gücləndirilməsi və hibrid təhlükələrin qarşısının alınması strategiyasının bir hissəsi kimi görür.