Xorvatiya bazar günü keçiriləcək ikinci turda öz prezidentini daha beş il müddətinə seçəcək.
Fins.az xəbər verir ki, yerli vaxtla saat 07:00-da ölkə daxilində və xaricdə 6,5 mindən çox seçki məntəqəsi açılıb. Səsvermə saat 19:00-dək davam edəcək.
Xorvatiya Milli Seçki Komissiyasının məlumatına görə, bu seçkilərdə 3 milyon 769 min 598 seçici səs vermək hüququna malikdir, onlardan 251 min 170 nəfəri xaricdə səs verə biləcək. Səs vermək istəyənlər üçün 6755 seçki məntəqəsi açıq olacaq, onlardan 105-i 38 ölkədə olacaq.
Ölkə vətəndaşları ikinci tura keçən iki namizəddən birinə səs verməli olacaqlar. Dövlət başçısı vəzifəsinə namizədlər hazırkı prezident Zoran Milanoviç və əvvəlki turda birinci və ikinci yerləri tutan həkim, alim, keçmiş elm, təhsil və idman naziri Draqan Primorakdır. 2024-cü il dekabrın 29-da keçirilən birinci turda Xorvatiya prezidenti postuna səkkiz namizəddən heç biri 50%-dən çox səs toplaya bilməyib. Milanoviç və Primorak müvafiq olaraq 49,09% və 19,35% səs toplayıblar. İkinci turda qalib nisbi səs çoxluğu, yəni rəqibindən daha çox səs toplayan namizəd olacaq.