Hindistanın müdafiə naziri Rajnath Singh 150-dən çox dost ölkənin səfirləri və yüksək komissarları ilə dəyirmi masaya sədrlik edəcək. Hindistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşün əsas mövzusu qarşıdan gələn “Aero India 2025” hərbi və mülki aerokosmik sərgisi olacaq.
Fins.az xəbər verir ki, diplomatlar “Aero India 2025”in əsas tədbirləri ilə tanış olacaq və müdafiə naziri tərəfindən ölkələrinin ali rəhbərliyinə şəxsi dəvət alacaqlar.
Asiyanın ən böyük aviaşousu Aero India 2025 fevralın 10-dan 14-dək Karnatakada keçiriləcək.
Ardıcıl 15-ci olacaq və müdafiə nazirlərinin görüşü, dəyirmi masa, müxtəlif ölkələrin akrobatika komandalarının iştirakı ilə aviaşou, sərgi sahəsi və aerokosmik şirkətlər üçün ticarət yarmarkası olacaq.