İndoneziya Hindistana səsdən sürətli qanadlı raketləri olan BrahMos-u əldə etmək istəyi ilə müraciət edib.
Fins.az xəbər verir ki, İndoneziya Müdafiə Nazirliyi 450 milyon dollarlıq BrahMos müqaviləsi ilə bağlı Hindistanın Cakartadakı səfirliyinə məktub göndərib.
Həmçinin bildirilir ki, Hindistan tərəfi İndoneziya tərəfdaşlarına ya Hindistan Dövlət Bankından, ya da digər Hindistan milli banklarından kredit təklif edir.
Təfərrüatlar üzərində iş aparılır.