DÜNYA

09 Yanvar

Oskar mükafatına namizədlərin elanı yanvarın 19-na təxirə salınıb

Kino Sənətləri və Elmləri Akademiyası Los-Anceles qraflığında baş verən meşə yanğınları səbəbindən Oskar mükafatına namizədlərin elan edilməsini yanvarın 17-dən 19-na təxirə salıb.

Fins.az xəbər verir ki, bu barədə çərşənbə günü Deadline portalı məlumat yayıb.

"Kaliforniyadakı dağıdıcı yanğınlardan zərər çəkənlərə dərin hüznlə başsağlığı veririk. Akademiyanın bir çox üzvü və həmkarı Los-Anceles bölgəsində yaşayır və işləyir. Biz sizi düşünürük. Oskar nominasiyaları elanı yanvarın 17-dən yanvarın 19-na köçürüləcək", - portal Amerika Kino Sənəti və Elmləri Akademiyasının direktoru Bill Kramerin məktubundan sitat gətirir.