DÜNYA

09 Yanvar

Finlandiya Eagle S tankerinin istismarını qadağan edib

Finlandiyanın Nəqliyyat və Rabitə İdarəsi “Traficom” Baltik dənizində DC kabelini zədələməkdə şübhəli bilinərək saxlanılan “Eagle S” tankerinin istismarını qadağan edib.
 

Fins.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

“Nəqliyyat və Rabitə İdarəsi “Traficom” şirkəti “Eagle S” tankerinə liman dövlət baxışını başa çatdırıb. Yoxlama zamanı aşkar edilən nöqsanlara əsasən, “Traficom” gəmini yerə bağlayıb, yəni aşkar edilmiş ciddi çatışmazlıqlar aradan qaldırılana qədər gəminin istismarına icazə verilmir, ” deyə bəyanatda bildirilir. İdarədən verilən məlumata görə, yoxlama nəticəsində 32 nöqsan müəyyən edilib. Onlar tankerin yanğın təhlükəsizliyinə, naviqasiya avadanlığına, nasos otağına, ekipajın məişət şəraitinə, elektrik təhlükəsizliyinə və gəminin ümumi texniki xidmətinə təsir göstərib, Traficom aydınlıq gətirib.