Süni intellekt cəmi 2 saat ərzində insanın şəxsiyyətinin rəqəmsal surətini yarada bilir.
Fins.az xəbər verir ki, alimlər iddia edirlər ki, neyron şəbəkələri iki saatlıq söhbətdə insanın psixoloji və mədəni xüsusiyyətlərini, intellektini və təcrübəsini əks etdirməyə qadirdir. Google və Stenford Universitetinin təcrübələri çərçivəsində artıq mindən çox belə nüsxə yaradılıb. Bu rəqəmsal klonlar sosial təcrübələr, sosial hadisələrə reaksiyaları proqnozlaşdırmaq və ya sosial institutların təsirini öyrənmək üçün istifadə edilə bilər.
Bununla belə, ekspertlər xəbərdarlıq edir ki, süni intellektlə aktiv şəkildə ünsiyyətdə olan və özləri haqqında məlumat paylaşan şəxslər artıq onların xəbəri olmadan kopyalana bilər.